Kürdəmirdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilən tədbir keçirilib

Tarix: 21-2-2015 // saat: 14:43
Rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyəti və AMEA N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan tədbir keçirilib.Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov , Milli Məclisin Deputatı Aqil Abbas, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri və gənclər iştrak edib.Tədbiri giriş sözü ilə açan AMEA N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran şöbəsinin müdiri Yaqut Bahadurqızı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, erməni hərbi birləşmələri 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda görünməmiş faciə törətdi. Nəticədə qüzlərlə sakin öldürüldü və ağır yaralandı. Bu soyqırımı hadisəsi yalnız Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra öz həqiqi qiymətini aldı.
Tədbirdə yazıçı publisist, Milli Məclisin Deputatı Aqil Abbasın “Dolu” romanı əsasında kinorejissor Elxan Cəfərovun ekranlaşdırdığı “Dolu” filmi nümayiş etdirilib.
Həm ssenaridən, həm filmin çəkiliş texnikasından , həm də aktyorların canlı ifasından razı qalan tamaşaçılar yaradıcı heyətlə təəssüratlarını bölüşərək yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması və yetişməsi üçün belə filmlərin çəkilməsinə, əsərlərin yaranmasına hər zaman ehtiyac olmasını bildiriblər.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov filmin yaradıcı heyətinə kürdəmirlilər adından minnətdarlığını bildirib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN