Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov Ağsu rayonunda bir qrup vətəndaşı qəbul edib

Tarix: 21-2-2015 // saat: 12:49
 Nazirliyin struktur rəhbərlərinin də, cəlb olunduğu qəbulda Ağsu ilə, yanaşı Şamaxı və Qobustan rayon sakinləri də, iştirak edib. Müraciətləri operativ araşdırıması və həlli məqsədilə qəbulun keçirildiyi Ağsu Telekommunikasiya qovşağının rəhbərlərini ilə video bağlantı yaradılıb. Qəbul zaman vətəndaşların əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayım xidmətlərinin keyfiyyəti, bu sahədə onları maraqlandıran məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bir sıra müraciətlər isə, qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə, aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN