Gənclər erkən nikah, narkomaniya, dini radikalizm və digər aktual məsələlərlə bağlı maarifləndiriliblər

Tarix: 19-2-2015 // saat: 21:18
Fevralın 18-də rayonun Elxan Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində keçirilən maarifləndirici tədbirdə gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, rayon Polis Şöbəsinin rəisi, polkovnik Oqtay Məmmədov, təhsil müəssisələri və hüquq mühafizə orqanları rəhbərlərinin, gənclər təşkilatları nümayəndələrinin, yeniyetmə və gənclərin iştirak etdikləri tədbirdə dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsinin gənclərlə aparılan işin səmərəli təşkilindən bilavasitə asılı olduğu vurğulanıb. Bildirilib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir. Qeyd olunub ki, uşaq və yeniyetmələrlə iş ailədən başlanmalı, təhsillə davam etdirilməlidir. Gənc nəsildə vətənpərvərlik hissləri və digər müsbət meyillər uşaq yaşlarından aşılanmalıdır. Tədbirdə “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur” və digər mövzularda məruzələr dinlənilib. Vurğulanıb ki, gənclərlə belə mövzularda maarifləndirici tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Çünki yeniyetmə və gənclər daha tez təsir altına düşürlər. Ona görə də gəncləri mənfi təsirlərdən qorumaq, onları düzgün yola istiqamətləndirmək lazımdır.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN