İsmayıllıda sakinlər kütləvi surətdə tibbi müayinədən keçirilir

Tarix: 17-2-2015 // saat: 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə respublika əhalisinin kütləvi surətdə pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası İsmayıllı rayonunda da uğurla davam edir. Kampaniya başlanandan - fevralın 2-dən indiyədək 10693 nəfər müayinə olunub. Onlardan 103 nəfəri ambulator, 14 nəfəri stasionar müalicəyə cəlb edilib. Daha ətraflı müayinəyə zəruri ehtiyacı olan 7 nəfər isə Bakı şəhərinə göndərilib. AzərTAc xəbər verir ki, dövlətimizin başçısının insanlara göstərdiyi diqqət və qayğısının növbəti parlaq təzahürü olan, ismayıllılılar tərəfindən dərin razılıq və minnətdarlıqla qarşılanan bu kampaniyanın uğurla keçirilməsi üçün rayonda bütün zəruri tədbirlər görülüb. Belə ki, bununla əlaqədar rayonda xüsusi komissiya və işçi qrupu yaradılıb. Mayın 1-dək davam edəcək tibbi müayinə lazımi zəruri avadanlıqlarla təmin edilən rayon mərkəzi xəstəxanasında, mərkəzi poliklinikada, uşaq poliklinikasında, Lahıc qəsəbə, İvanovka kənd sahə xəstəxanalarında və 11 kənd həkim məntəqəsində müxtəlif ixtisaslardan olan təcrübəli həkimlər tərəfindən aparılır. Ayrı-ayrı idarə, müəssisə və təşkilatların işçiləri, məhəllə və kəndlərin sakinləri cədvəl əsasında müayinə edilirlər.
  Azərtac

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN