İsmayıllıda regional gənclər forumu keçirilib

Tarix: 17-2-2015 // saat: 18:20
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İsmayıllı Azərbaycanın Gənclər Paytaxtıdır” devizi altında regional gənclər forumu keçirilib. Mərasimda Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov  çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlardan danışıblar. Natiqlər Azərbaycanın mənafeyi, qüdrətinin artırılması naminə gənclərimizin bilik və bacarıqlarından, potensiallarından səmərəli şəkildə istifadə olunmasının zəruriliyini vurğulayıblar. Çıxışlarda İsmayıllı gənclərinin rayonun sosial-iqtisadi inkişafında fəal rol oynadıqları diqqətə çatdırılıb, onların bütün sahələrdə, o cümlədən idmanda qazandıqları böyük uğurlardan danışılıb. Forumda 2015-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən İsmayıllıda bu il qarşıda duran əsas hədəflərə nail olmaq yolları ətrafında müzakirələr aparılıb. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Azərbaycanın Gənclər Paytaxtı”nın rəmzi açarını rayonun gənclər və idman idarəsinin rəisi Taleh Salahova təqdim edib. Gənclər çıxış edərək Azərbaycan gəncliyinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Tədbir konsert proqramı ilə davam edib.


Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN