Ağsu rayonunda evdə dünyaya uşaq gətirən qadın ölüb

Tarix: 15-2-2015 // saat: 17:59
 Lent.az-ın məlumatına görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib. Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının kəskin sancıları tutub və o, ev şəraitində oğlan uşağı dünyaya gətirib. Bir neçə saat sonra isə, qadının vəziyyəti pisləşib və o dünyasını dəyişib. Uşağın vəziyyəti normaldır. N.Əzizova daha əvvəl 2 dəfə övlad dünyaya gətirib ki, həmin uşaqlar da, evdə həyata göz açıb. Ölüm faktı ilə bağlı araşdırma aparılır.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN