Şamaxıda yol qəzasında 2 nəfər ölüb

Tarix: 14-2-2015 // saat: 23:52
Hadisə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolununun  130-cu kilometrliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb.Qəbələ rayon sakini, 1986-cı il təvəllüdlü Əfəndiyev Murad İzzət oğlunun idarə etdiyi 36-BE-518 dövlət nömrə nişanlı “NAZ Lifan” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Sürücü Murad Əfəndiyev və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nərmin Əfəndiyeva aldıqları ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb. Ailənin azyaşlı övladı, 2013-cü il təvəllüdlü İzzət Əfəndiyev ağır xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  
 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN