Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Hacılı kəndində bir qrup sakini qəbul edib

Tarix: 14-2-2015 // saat: 23:43
Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və bir qrup  kənd sakini iştirak edib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Prezident cənab İlham Əliyevin rayona göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də, Şamaxıda  aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və  bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb. Hacılı kənd sakinləri ilk öncə ötən il əkin zamanı toxumla bağlı yaranmış problemlərin aradan qaldırılması sahəsində görülən işlərə görə,  2014-cü ildə start verilmiş əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də, davam etdirilməsinə görə, kəndin fasiləsiz olaraq təbii qazla təminatına, kənd məktəbi üçün yeni binanın tikintisinə görə, əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi  ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər. Həmçinin kənd sakinlərindən Cuvan Xələfov kənddə qəzalı vəziyyətdə olan elektrik dirəkləri və xətlərinin dəyişdirilməsinə, Babək Haqverdiyev ünvanlı sosial yardım almasına, Fikrət Əlifov kənddə tibb məntəqəsinin açılmasına köməklik göstərilməsini xahiş edibRayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Hacılı kəndində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər verib.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN