Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 2-dən başlayaraq respublikanın hər yerində olduğu kimi, Kürdəmirdə də, əhalinin tibbi müayinəsinə davam edir. Bununla əlaqədar Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya fəaliyyətdədir. Müayinələr tərtib olunan xüsusi qrafikə əsasən MRX-sında, MRX-nın Poliklinika şöbəsində, Karrar və Mollakənd həkim məntəqəsində, Qarasaqqal, Topalhəsənli, Yenikənd, Xəlsə, Sığırlı, Şilyan tibb məntəqələrində həyata keçirilir. Həmçinin yaşayış sahələrində evdə olan yataq xəstələrinin də, müayinəsi üçün səyyar həkim briqadaları da, təşkil olunub. Fevralın 11-dək rayon üzrə 12 747 nəfər müayinələrdən keçməsi təmin olunub. Bunlardan 4 089 nəfəri 18 yaşadək olanlar, qalan 8 658 nəfərsə 18 yaşdan yuxarı sakinlərdir. Müayinə olunanlardan 452-si ambulator, 49-u stasianar müailəcəyə alınıb. 31 nəfər isə, Bakı şəhərinə müvafiq xəstəxanalara göndərilib. Müayinələr davam edir.