İstixanalarda dekorativ ağac və gül tingləri yetişdiriləcək

Tarix: 9-2-2015 // saat: 20:28
İsmayıllı rayonunun Diyallı kəndindəki tinglik təsərrüfatının fəaliyyəti genişləndirilir. Yaxın günlərdə burada dekorativ ağac və gül tinglərinin il boyu yetişdirilməsi üçün istixanalar quraşdırılacaq. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a verilən məlumatda bildirilir ki, artıq ikinci ildir fəaliyyət göstərən tinglik təsərrüfatı 5 hektar sahəni əhatə edir. Ərazinin 2,20 hektarında çəmən materialı, 2,80 hektarında isə müxtəlif ağac tingləri yetişdirilir. Təsərrüfat müasir suvarma sistemi ilə təchiz olunub. İstixanaların fəaliyyəti rayonda yeni yaşıllıq zonalarının yaradılmasına, şəhər və kəndlərdə, magistral yol kənarlarında bəzək ağacları və gül kollarına tələbatın ödənilməsinə kömək edəcək.
http://azertag.az/xeber/830719

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN