Ağsuda heyvandarlıq intensiv inkişaf edir

Tarix: 8-2-2015 // saat: 15:53
Azərbaycan dövlətinin aqrar siyasəti Ağsu rayonunda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlığın intensiv inkişafını təmin edib.
Rayon statistika idarəsindən AzərTAc-a verilən məlumatda bildirilir ki, son 10 ildə, o cümlədən 2014-cü ildə artım həm iribuynuzlu mal-qaranın və davarların sayında, həm də məhsul istehsalında davam edib. Təkcə ötən ildə 2013-cü ilə nisbətən inək-camışların sayı 36 baş artaraq 40659 başa, davarların sayı isə 1288 baş artaraq 160267 başa çatıb.
2014-cü ildə əvvəlki illə müqayisədə ət (diri çəkidə) istehsalı 75 ton artıb və 4743 ton olub. Habelə süd istehsalı 913 ton artaraq 27892 tona, yumurta 131 min ədəd artaraq 7 milyon 419 minə, yun isə 4 ton artaraq 298 tona çatıb.
http://azertag.az/xeber/830641

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN