“Çıraqqala” Tarix-Memarlıq və “Şabran şəhəri” Tarixi qoruqları konservasiya olunacaq

Tarix: 6-2-2015 // saat: 22:58
Şabran rayonunun ərazisində yerləşən “Çıraqqala” Tarix-Memarlıq və “Şabran şəhəri” Tarixi qoruqları konservasiya olunacaq. Bununla yanaşı, hər iki tarixi məkanda inzibati binaların tikintisi də nəzərdə tutulub. Artıq konservasiya işlərinin aparılması və inzibati binaların tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb.
Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, bu il “Şabran mənbələrdə və arxeoloji tədqiqatlarda” mövzusunda Beynəlxalq elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub. Bununla əlaqədar Şabran Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunub. Azərbaycanın elm xadimləri ilə yanaşı, xarici ölkələrin tarixçi və arxeoloqlarının da iştirakı gözlənilən konfrans il ərzində reallaşacaq.
Fikrət Nuşiyev qeyd edib ki, Qədim Şabran şəhərinin ərazisi ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncamla tarix-memarlıq qoruğu elan edilib. “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar istər 677 il mövcud olmuş Şivanşahlar dövlətinin, istərsə də bütövlükdə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Beynəlxalq elmi-praktik konfransın keçirilməsinin də əsas məqsədi tarixin bu səhifələrinə işıq salmaq, dünya alimlərini bu qədim yaşayış məskəni barədə məlumatlandırmaqdan ibarətdir.
Elxan Yusifli
http://azertag.az/xeber/830174 





Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN