İsmayıllı rayonunun yaşayış məntəqələrində “Yaşıl market”lər peyda olacaq

Tarix: 4-2-2015 // saat: 23:08
İsmayıllı şəhərində və rayonun bütün yaşayış məntəqələrində “Yaşıl market”lərin təşkili istiqamətlərində tədbirlərə başlanılıb.
AzərTAc xəbər verir ki, artıq ilkin olaraq rayonun Topçu kəndində bu məqsədlə “Fermer mağazası” tikilir. Hazırda inşaat işlərində son tamamlama işləri aparılır. Yaxın vaxtlarda mağaza sakinlərə xidmət göstərəcək.
“Yaşıl market”lər nəinki əhalinin gündəlik ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatında, habelə fermerlərə istehsal etdikləri məhsulları dərhal və əziyyətsiz satışa çıxarmaq imkanı verir.
Adil Ağayev, AzərTAc
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN