Kürdəmirdə yol qəzasında 1 nəfər ağır xəsarət alıb

Tarix: 4-2-2015 // saat: 23:00
Hadisə  bu gün  saat 12:00 radələrində Bakı-Qazax  yolunun, Kürdəmir rayonunun  Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qaradağ sakini Bəxtiyar  Şahverdiyevin idarə etdiyi "Kamaz" qarşıda hərəkətdə olan Ağdaş  sakini  Siyavuş  Bayramovun sükanı arxasında olduğu "Hovo" markalı yük maşnına çırpılıb. Qəza nəticəsində   kamazın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon mərkəzi  xəstəxanasına çatdırılıb, vəziyyəti  ağır olduğu bildirilir. Faktla  bağlı araşdırma aparılır.
  

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN