Qalıncaq kəndində illik istehsal gücü 1000 ton olan quşçuluq ferması tikilir

Tarix: 3-2-2015 // saat: 17:53
İsmayıllı rayonunun Qalıncaq kəndində illik istehsal gücü 1000 ton olan quşçuluq ferması inşa olunur. AzərTAc xəbər verir ki, “Şən fermer” MMC tərəfindən tikilən fermada hind toyuqlarının yetişdirilməsi planlaşdırılıb. Təsdiq olunan layihəyə əsasən, 10 tövlənin inşası nəzərdə tutulub. Hər tövlədə 20 min başdan artıq quş saxlamaq mümkün olacaqdır.
Ərazidə, həmçinin 1 saatda 10 ton yem istehsal edilən dəyirman və inkubator da tikiləcək.
Təkcə fermada 220 nəfər işçi çalışacaq. Digər yardımçı sahələrlə birgə burada, ümumilikdə, 500 nəfər işləyəcək. Fermanın cari ilin sonunadək istismara buraxılması nəzərdə tutulub.
Adil Ağayev, AzərTAc 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN