2015-ci ilin “Gənclər paytaxtı” seçilib

Tarix: 3-2-2015 // saat: 17:44
Gənclər və İdman nazirliyinin  təşkilatçılığı ilə Gənclər Günü ilə bağlı keçirilən tədbirdə “Gənclər paytaxtı”  ilə bağlı keçirilən onlayn səsvermənin nəticələri açıqlanıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev  bildirib ki, İsmayıllı rayonu 2015-ci ilin “Gənclər paytaxtı” seçilib. “Gənclər paytaxtı”nın rəmzi açarı İsmayıllı rayonunun Gənclər və İdman İdarəsinin rəisinə təqdim edilib. Qeyd edək ki, “Gənclər Paytaxtı”nın seçimləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə, Təşkilat Komitəsi ona təqdim edilən sənədlər əsasında səsvermədə iştirak edəcək regionların siyahısını tərtib edir, ikinci mərhələdə isə, internet səsvermə yolu ilə “Gənclər Paytaxtı” seçilir. Xatırladaq ki, 2012-ci ilin “Gənclər Paytaxtı” Gəncə şəhəri, 2013-cü ilin “Gənclər Paytaxtı” Biləsuvar şəhəri, 2014-cü ilin “Gənclər Paytaxtı” Quba rayonu  seçilib. 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN