Keyvəndi kəndində 1500 başlıq müasir heyvandarlıq kompleksi tikilir

Tarix: 2-2-2015 // saat: 19:16
İsmayıllı rayonunun  Keyvəndi kəndində  1500 başlıq müasir heyvandarlıq kompleksi inşa olunur. AzərTAc  xəbər verir ki, “Azza-Aqro” MMC tərəfindən tikilən kompleksdə  Avropa ölkələrindən  gətiriləcək yüksək  məhsuldan cins  qaramal bəsləniləcək.
Kompleksin avadanlıqları İsveçrədən gətirilib. Hazırda ərazidə hər biri 400 başlıq tövlələrdən  birinin inşası başa çatdırılmaq üzrədir. Burada, həmçinin inzibati bina, işçilər üçün xidməti bina və s. də tikiləcək. Ərazidə heyvandarlıq məhsulları istehsal olunacaq sexlərin də tikintisi nəzərdə tutulub. Rayonda ən iri müasir heyvandarlıq kompleksinin cari ilin sonunadək  istifadəyə verilməsi nəzərdə tutulub. 
Adil  Ağayev, AzərTAc  
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN