Ağsuda 2 fevral - Gənclər Günü

Tarix: 2-2-2015 // saat: 19:04
Gənclər  ilkin olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda rayon gənclər və idman idarəsinin rəisi Azər Kərimovun “İnkişaf edən gənclik gözəl həyatımızın təminatçısıdır” mövzusunda məruzəsi dinlənilib. Qeyd edilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti bu gün gənc nəslin cəmiyyət həyatının bütün sferalarında fəal iştirakını təmin edir. Gənclər siyasətinin Ağsu rayonunda da, uğurla həyata keçirilməsi istiqamətində görülən işlər barədə ətraflı danışılıb. Qeyd edilib ki, gənclərlə iş üzrə son bir ildə rayonda 39 tədbir keçirilib, habelə gənclərin respublika səviyyəli 17, zona miqyaslı 12 tədbirdə iştirakı təmin olunub. Onların maarifləndirilməsi məqsədi daşıyan 11 konfrans, 12 seminar və 5 “dəyirmi masa” keçirilib. Natiqlər bu gün sağlam, vətənpərvər ruhda yetişən ağsulu gənclərin rayonun, habelə respublikamızın sosial-iqtisadi, ictimai və mədəni həyatında fəal iştirakından məmnunluqlarını bildiriblər. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva yekun nitqi söyləyib. Əməkdə, təhsildə və idmanda fərqlənən fəal gənclərə gənclər və idman idarəsinin diplomları, fəxri fərmanları və qiymətli hədiyyələri verilib. Fevralın 2-də, habelə ümumtəhsil məktəblərinin komandaları arasında futbol üzrə rayon birinciliyinə, yeniyetmələr arasında taekvondo və şahmat yarışlarına start verilib.


Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN