Kürdəmir rayonunda ev yanıb

Tarix: 31-1-2015 // saat: 22:44
Hadisə  bu gün günorta saat 13:00 radələrində Kürdəmir şəhərinin Tofiq İsmayılov, 12 ünvanında qeydə alınıb. Nəzər Həsənova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində baş verən yanğının söndürülməsinə Rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində 1 otaq əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər otaqlara keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub. Faktla bağlı araşdırma aparılır. 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN