Kürdəmirə xoş gəlmisiniz!

Tarix: 30-1-2015 // saat: 18:04
Belə bir el deyimi var: «Xoş gəlmisən xoş gündə olar…». Əvvəlki vaxtlara nisbətən indi kürdəmirlilər «Kürdəmirə xoş gəlmisiniz!» sözlərini fəxrlə, qürurla, ürək dolusu deyə bilirlər. Abadlıq və yenidənqurma baxımından indi Kürdəmirdə əsaslı dəyişikliklər diqqəti cəlb etməkdədir. Respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirildiyi Kürdəmirin də timsalında aydın görünməkdədir. Ötən ilin aprel ayında Kürdəmirə yeni icra başçısının təyin olunması rayonda sosial-iqtisadi həyatın kompleks şəkildə inkişaf etdirilməsinin bir növ başlanğıcı oldu və sabahkı uğurlara böyük inam yaratdı. İlk gündən həyata  keçirilən kompleks tədbirlər sayəsində tikinti və abadlıq işləri böyük sürətlə start götürdü.















Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN