Kürdəmirdə narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb

Tarix: 30-1-2015 // saat: 16:01
Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Karrar kənd sakini 54 yaşlı Lələxan Şirinov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 5.2 qr. qurudulmuş marixuana aşkar edilib. Həmçinin Lələxan Şirinovun evinə baxış zamanı  300 qr qurudulmuş  marixuana,  eyni zamanda 84 ədəd çətənə bitkilərinin tumları aşkarlanıb. Aparılan tədbirlər zamanı onu 2014-ci ilin yay aylarında əkin sahələrində əkdiyi 2 ədəd narkotik xassəli çətənə kollarının gövdələri aşkar olunaraq götürülüb. Uzun illərdir bunun istifadəçisi olduğunu eitraf edən Lələxan tutduğu əməlinə görə peşman olduğunu deyib. Hər iki faktla bağlı CM-nin 234.1 və 237.1 maddələrilə cunayət işi açılıb.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN