Yeni Azərbaycan Partiyasının yaradılmasının 22 illiyi İsmayıllıda da qeyd edilib

Tarix: 21-11-2014 // saat: 17:44
Yeni Azərbaycan Partiyasının yaradılmasının 22 illiyi İsmayıllı rayonunda da qeyd edilib.
YAP rayon təşkilatının sədri Əzizə Vahabova bununla əlaqədar keçirilən tədbirdə çıxış edərək partiyanın keçdiyi 22 illik yüksəliş yolu barədə danışıb.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev YAP-ın təsis olunduğu şəraitdən, ölkənin ictimai-siyasi, sosial-iqtisadi inkişafına töhfələrindən danışıblar.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən, partiyanın ölkəmizin inkişafındakı önəmli rolundan bəhs ediblər.
Tədbirdə bir qrup partiya veteranına fəxri fərmanlar, YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN