Dr. Könül Əsədli

Tarix: 27-1-2015 // saat: 20:51
Könül Əsədli əslən Azərbaycan Respublikasnın Ağsu rayonundandır. 1986-1996- cı illərdə Bakı şəhəri H.Cəbrayılov adına 99 saylı orta məktəbdə təhsil almışdır. 1996-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 2000-ci ildə bakalavr pilləsini bitirmiş və həmin fakültənin magistraturasına daxil olmuşdur. 2002-ci ildə isə “XIX əsrin I yarısında Qərbi Türküstanda siyasi vəziyyət” adlı magistr dissertasiyası ilə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Könül Əsədli 2002-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tarixi etnoqrafiya” şöbəsində çalışmağa başlamışdır. Hazırda  həmin şöbənin böyük elmi işçidir. O, 2004- cü ildən Tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası üzərində çalışmış, 2008-ci ildə akademik Teymur Bünyadovun rəhbərliyi ilə müvəffəqiyyətlə tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası  müdafiə etmişdir. İşlədiyi müddətdə Könül Əsədlinin monoqrafiyası, bir çox məqalə və tezisləri nəşr olunmuşdur. Müxtəlif vaxtlarda Respublika daxili və xarici konfranslarda, konqresdə və simpoziumlarda iştirak etmişdir: Beynəlxalq əhəmiyyətli “VIII Türkoloji Kongre”, “Kuruluşundan 90. yılına Türkiye Cumhuriyeti”, “XVII Türk Tarih Kongresi” və digər. 
Hal-hazırda “Azərbaycanın Şirvan bölgəsinin mədəniyyəti. XIX-XX əsrin əvvəlləri” adlı doktorluq dissertasiyası üzərində çalışır. Mövzuya dair Türkiyə, Ukrayna  və Rusiyanın nüfuzlu jurnallarında məqalələri nəşr olunmuşdur.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN