Göyçayda Gənclər Mərkəzi inşa edilir

Tarix: 25-1-2015 // saat: 20:57
Göyçay Rayon İcra Hakimiyyətinin sifarişi ilə şəhərdə inşa olunan Gənclər Mərkəzinin tikintisi davam etdirilir. AzərTAc xəbər verir ki, rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan binanın ikinci mərtəbəsində hörgü işləri başa çatdırılıb, dam örtüyü, qapı-pəncərələri quraşdırılıb. Hazırda binanın daxilində təmir işləri aparılır.
İnşaat işlərini “ATF-İnşaat” MMC-nin tikinti briqadası həyata keçirdiyi Gənclər Mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Xatırladaq ki, ümumi sahəsi 1300 kvadratmetr olan ikimərtəbəli binada konfrans və “dəyirmi masa”ların keçirilməsi üçün zallar, internet klub, stolüstü oyunlar üçün otaqlar olacaq, trenajor zalı, kitabxana, xalçaçılıq, rəsm və musiqi dərnəkləri, diskoteka fəaliyyət göstərəcək.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN