Göyçayda yanğın baş verib

Tarix: 23-1-2015 // saat: 13:01
Ötən gecə Göyçay rayonunda fərdi evdə yanğın baş verib. Yanğın rayon mərkəzindən 7 km uzaqda yerləşən Mallı Şıxlı kəndində qeydə alınıb. Vətəndaşa  məxsus ümumi sahəsi 64 kv.m olan 2 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN