Sığırlı kəndində cücə istehsalı rekord göstəriciyə-1,5 milyon başa çatıb

Tarix: 22-1-2015 // saat: 21:05
Quşçuluq Kürdəmir rayonunun Sığırlı kəndində ənənəvi peşə sahəsidir. Son illərdə sakinlər bu sahədə rekord göstəriciyə nail olurlar.
AzərTAc xəbər verir ki, ötən il kənddə fəaliyyət göstərən 2 inkubasiya sexində cücə istehsalı rekord səviyyəyə-1,5 milyon başa çatıb. Bu, təkcə 25 nəfərin çalışdığı istehsal sahəsində əldə olunub. Fərdi təsərrüfatlarda da on minlərlə baş cücə yetişdirilir. Mütəxəssislər yaxın illərdə cücə istehsalının 2 milyon başa çatdırılacağı qənaətindədirlər.
Eyni zamanda kənddə ildə orta hesabla 500-600 min baş quş yetişdirilir. Bu göstəricinin yaxın illərdə 1 milyona çatacağı proqnozlaşdırılır.
Sığırlı kəndi hazırda təkcə Kürdəmirin deyil, ətraf rayonların da cücəyə və diri quşa olan tələbatının ödənilməsində aparıcı rol oynayır.
Adil Ağayev, AzərTAc 
http://azertag.az/xeber/826759

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN