AR Ədliyyə naziri Fikrət Məmmədov Kürdəmir rayonunda vətəndaşları qəbul edib

Tarix: 22-1-2015 // saat: 20:37
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 22-də  Kürdəmir rayonunda vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Kürdəmirlə yanaşı, Ucar, Zərdab və Ağsu rayonlarından olan bir qrup sakin iştirak edib. Qəbul  zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə əlaqədar hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, araşdırılmasına ehtiyac olan bir sıra müraciətlərlə bağlı isə, nazirliyin qəbulda iştirak edən müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN