Göyçaylılar 20 yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etmişlər

Tarix: 21-1-2015 // saat: 10:46
20 Yanvar faciəsinin ildönümü Göyçay rayonunda da qeyd olunmuşdur. Yanvarın 20-də minlərlə göyçaylı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların əziz xatirəsini ehtiramla yad etmişdir.
Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər Şəhidlər xiyabanına toplaşaraq Vətənin qəhrəman övladlarının məzarları üzərinə gül dəstələri düzmüş, şəhidlərin ruhu qarşısında baş əymişlər.
Qanlı Yanvar gecəsində həlak olaraq şəhidlik zirvəsinə ucalmış göyçaylı Rauf İsayevin və Mehman Muradovun ailə üzvləri ilə, sağlamlığını itirmiş II qrup əlil Fərhad Bayramovla görüş keçirilmiş, şəhidlərin təhsil aldığı orta məktəblərdə anım mərasimləri təşkil olunmuşdur.
http://goychay-ih.gov.az/news/137.html

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN