Kürdəmirlilər şəhidlərin əziz xatirəsini yad etmişlər

Tarix: 20-1-2015 // saat: 21:46
Yanvarın 20-də Kürdəmir rayonunda   “20 Yanvar”- faciə qurbanlarının iyirimi beşinci ildönümü – ümumxalq hüzn günü böyük ehtiramla yad edilmişdir.
Kürdəmirlilər səhər saatlarından şəhidlərimizin əziz xatirəsini yad etmək üçün rayonumuzda ucaldılmış möhtəşəm abidəsinin önünə toplaşdılar.
Mərasimdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  20 Yanvar abidəsinin önünə gül dəstəsi qoydu.
Daha sonra məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompazisiya dinlənildi. Ziyarətə gələnlər – İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri 20 Yanvar abidəsinin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.
Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlər xiyabanında rayon şəhidlərinin məzarlarını ziyarət edərək onların məzarlarının üzərinə tər-çiçəklər düzdülər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  şəhid ailələrinə baş sağlığı verərək,şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd etdi.Tezliklə ölkə rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan doğma ata-baba yurdlarımızın azad eiləcəyini bildirdi.
Tədbir iştirakçıları eyni zamanda rayonun Karrar kənd və Topalhəsənli kənd qəbrstanlığında uyuyan şəhidlərin də məzarlarını ziyarət etdilər.
Həmin gün rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirildi, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verildi.
http://kurdemir-ih.gov.az/news/292.html

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN