Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, yeni layihələrin həyata keçirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda işgüzar mühit yaradıb.
Rayon statistika idarəsindən AzərTAc-a verilən məlumatda göstərilir ki, yenicə yola saldığımız 2014-cü ildə Ağsuda 264 yeni iş yeri açılıb. Yeni açılan iş yerlərinin 624-ü daimidir.
Keçən il rayonda 2 yeni müəssisə -- “Təbii bitki istehsalı “ və “ALLPRİNT” MMC-lər fəaliyyətə başlayıb. Bu müəssisələrdə ümumilikdə 24 nəfər daimi işlə təmin olunub.
http://azertag.az/xeber/825662