Kənd təsərrüfatı naziri Göyçay şəhərində vətəndaşları qəbul edəcək

Tarix: 19-1-2015 // saat: 21:48
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir Heydər Əsədov yanvarın 23-də saat 11-də Göyçay şəhərində Ucar, Zərdab, Ağdaş, Kürdəmir və Göyçay rayonlarının sakinlərini qəbul edəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsinə (əlaqə telefonu: 055-736-65-05) və Kənd Təsərrüfatı Nazirliyinə (əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Həmçinin nazirliyin “Qaynar xətt”i (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.
http://azertag.az/xeber/825806

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN