Muzeyin son illərdə nəşrləri

Tarix: 19-1-2015 // saat: 20:48
Milli Azərbaycan Tarixi Muzeyinin son illərdə çap olunmuş toplularında vətən tarixinin əksi
 
Muzeydə çap olunan əsərlərdən biri  muzeyin illik dövrü mətbuatı olan toplusudur.  İlk əvvəl qeyd edək ki, Muzeyin toplusunda çap olunan elmi məqalələr əsasən muzey materiallarına əsaslanır, toplanılan eksponatların xüsusiyyətlərini, əməkdaşların elmi fəaliyyətini əks etdirir. Muzeyin 1950-90-cı illərdə nəşr edilən əsərlərı və burada aparılan elmi tədqiqat işlərinin nəticəsinə həsr edilmiş elmi sessiyaların materialları da onun elmi nəşrlərindəndir.  Bu iş 2001-ci ildən davam etdirilir və  son illərdə çap olunmuş toplular da həmin nəşrlərin davamıdır.
2010-cu ilin iyun ayında ölkəmizin mühüm elmi-mədəni mərkəzlərindən biri sayılan Milli  Azərbaycan Tarixi Muzeyinin  fəaliyyətə başlamasının 90 illik yubileyi keçilirmişdir . Toplunun ilk səhifəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin  Azərbaycan tarix elmınin inkişafında rolunu və xalqımızın çoxəsrlik mədəni-tarixi nailiyyətlərini nəzərə alaraq Milli  Azərbaycan Tarixi Muzeyinin  90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə verdiyi sərəncamı əks olunmuşdur. Bu münasibətlə  muzeyin gördüyü tədbirlər, il ərzində təşkil etdiyi sərgilər, keçirdiyi respublika və beynəlxalq konfranslar  toplunun  “Muzeyin həyatından xəbərlər”rubrikasında  geniş işıqlandırılmışdır.  Muzeyin direktoru  Nailə xanımın  “Tarixi yaddaşımız, mədəni irsimizin qoruyucusu Milli  Azərbaycan Tarixi Muzeyi-90” mövzusundakı məqaləsində muzeyin yarandığı gündən-Azərbaycanda ilk demoktatik respublikanın devrildiyi, ilk oilliklərində sovet totalitar rejiminin ideoloji məfkurəsinə uyğun gəlməyən məqamları yaradan şəxslərin aradan götürülməsi prosesindən başlamış Azərbaycan tarixinin “mədəni inqilabın” alətinə,  ideologiyasına çevrildiyi dövrədək, 30-cu illərdə sinfi mübarizənin geniş əks olunmasının tələb olunduğu vaxtlarından, 60-cı illərdən aparılmış arxeoloji ekspedisiyalar,  və 60-cı illərdən sonra muzeydə fəaliyyət göstərən sualtı arxeoloji tədqiqatlar mərkəzi olduğu  dövrlərdən 2010-cu ilədək muzeyin fəaliyyəti təhlil edilmışdır.
Toplunun 2010-cu il sayında muzeyin tarixi ilə  bərabər, onun fondları , alimlərinin elmi və maarifçilik fəaliyyəti də ğeniş işıqlandılırmışdır. Nərgiz Əliyevanın elmi məqaləsi 1920-50-ci illər muzeyin əməkdaşlarının elmi yaradıcılığına,  Zərifə Dulayeva və Sevil Qazıyevanın məqaləsi isə  Azərbaycan Tarix Muzeyinin elmi-maarif  yöndəki fəaliyyətinə həsr olunmuşdur.
Toplunun 2011-ci il nəşri Nailə xanım Vəlixanlının “Milli Azərbaycan Tarixi Muzeyi- müstıqilliyimizin 20 ili“ mövzusunda məqaləsi ilə başlayır. Məqalədə  Azərbaycan Respublikasının müstəqillik qazandığı illərdəki fəaliyyətindən, muzeydəki təmir bərpa işləri, onun yeni qurulan ekspozisiyası, muzeydəki elmi simpoziumlar və beynərxalq əlaqələrindən söhbət açılır. Sonda müəllif yazır ki, bu gün Milli Azərbaycan Tarixi Muzeyi ölkə prezidentinin qayğısı ilə respublikanın çox mühüm elmi-mədəni ocağına çevrilmişdir. Onun dəfələrlə, hər dəfə köklü dəyişikliklərə məruz qalan ekspozisiyası həm nümayiş olunan zəngin materialına görə, həm də elmi-texniki təchizatına görə dünyanın ən tanınmış muzeylərinin ekspozisiyası səviyyəsindədir. Müəllif əmin olduğunu bildirir ki, indi olduğu kimi Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizin tarixi-mədəni irsinin qoruyucusu kimi bundan sonra da şərəfli bir missiyanı layiqli şəkildə davam etdirməsinə kömək olacaqdır.       
“Milli Azərbaycan Tarixi Muzeyi" adlanan Müzeyin illik dövri topluları  muzeydə yerinə yetirilən  digər tədqiqat işləri ilə birlikdə Azərbaycanda tarix elmini inkişaf etdirməklə yanaşı özünün başlıca vəzifəsini yerinə yetirir: muzeyin simasını-onun ekspozisiyasını formalaşdırır. Toplularda Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyayi materiallar elmin süzgəcindən ketdikdən sonra öz tarixi qiymətini alır və ekspozisiyada nümayiş etdirilir.
Topluda hər zaman Hacı Zeynalabdin Tağıyev irsinin örənilməsinə geniş yer verilir. Fərhad Cabbarov “Hacı Zeynalabdin Tağıyev fəaliyyətinin “Tərcüman“ qəzetində işıqlandırılması” adlı məqaləsində  göstərir ki,  İsmayıl bəy Qasprinskinin naşiri olduğu bu qəzet sahibkar və xeyriyyəçi  Hacı Zeynalabdin Tağıyevın fəaliyyətinə də geniş yer ayı rırdı. Qəzet Tağıyevin ictimai və sahibkarlıq fəaliyyətinin müsəlmanların inkişafı və tərəqqisinə yönəldiyini ön plana çəkirdi.  Məhfuzə Zeynalovanın “ Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından olan bir servizin izi ilə” adlı  məqaləsində  əldə olunmuş sənəd və artefaktlar əsasında H.Z.Tağıyev və Buxara əmiri Səid Əbdül Əhəd xan arasında olan münasibətlər araşdırılır və  nəticə olaraq Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan gümüş servisin məhz Buxara əmiri tərəfindən hədiyyə olunması göstərilir. H.Z.Tağıyevə həsr olunmuş üçüncü məqalə isə Nazim Nəsrəddinovun “İşiq" qəzetində Hacı Zeynalabdin Tağıyevin bir portretindən bəhs edən məqaləsi haqqındadır.
Muzeyin dissertantı  Samir Məmmədovun IX-XIII əsrin əvvəllərində Şirvanşahlar dövlətinin hərbi gəmiləri haqqındakı elmi məqaləsi çox maraqlıdır. Məqalədə ilk dəfə Vətən və xarici tarixşünaslıqda X əsrin ərəb tarixçi və coğrafiyaşünası əl-Məsudinin məlumatlarına əsasən Şirvanşahlar dövlətində araşdırılan dövrdə “qaraba” tipli döyüş gəmilərinin istifadəsi sübuta yetirilir ki, bu da Şirvanşahlar dövlətinin hərbi-dəniz donanmasının ümumiyytlə mövcudluğunu və onun hərbi strategiyasında mühüm rol oynamasını bir daha təsdiqləyir. Bu dövrdə Şirvanşahlar dövlətinin  Xəzər dənizində əsas rəqibi ruslar olmuş və Şirvan hərbi=dəniz donanması tərəfindən 1174-1175-ci il tarixdə keçirilmiş strateji əməliyyat nəticəsində onlar tamamilə məğlub edilmişlər.
Firdövsiyyə Əhmədovanın “Yeni aşkarlanan köhnə sənədlər” mövzusundakı məqaləsində Bakıda 2011-ci ildə nəşr olunmuş üçcildli “Qafqazda “erməni məsələsi”əsəri əsasında ermənilərin Qafqaza,  xüsusilə Azərbaycana   köçürülməsindən Birinci Dünya Müharibəsinə qədər  olan dövrdəki mövqeləri şərh edilir. Çar Rusiyasının məmurlarının rəsmi sənədlərinə əsaslanaraq erməni separatçılığının məğzi açıqlanır, Rusiya mətbuatının  erməni separatizmini ifşa edən  sitatları gətirilir.
Üzərindən məxfilik qrifi götürülən arxiv sənədləri ilk dəfə olaraq Muzeyin 2013-cü il sayında nəşr olunmuşdur. Bu, Vyaçeslav Axmadulinin materiallardan biri  XX əsrin 40-60-cı illərində Sovet Azərbaycanında SSRİ partiya –dövlət aparatı ilə müsəlmanlar arasında münasibətlərin xüsusiyyətlərini əks edilən  məqaləsidir. Məqalədə  Zaqafqaziya Müsəlmanları İdarəsi (ZMRİ) rəhbərlərinin sovet dövlətinin  müsbət imicinin formalaşması, dünyada sülhün qorunması kimi xarici siyasət vəzifələrinin həllinə  cəlb  edilməsi probleminə xüsusi önəm verilib.Bu vəzifələrin həll olunması çərçivəsində SSRİ rəhbərliyi xarici ölkələrdə sovet müsəlmanlarının həyatı haqqında təbliğat xarakterli filmlərin nümayişi, rejimə loyallıq göstərən müsəlmanların həcc ziyarətini və  Şərq ölkələruinə səfərlərini təşkil edirdi. Məqalədə Sovet dövlətinin ZMRİ rəhbərlərinin  seçkisi prosesinə müdaxiləsi, Azərbaycanda islam təhsilinin qarşısının alınmasına dair fəaliyyəti göstərilib.
Erməni qonşularımıza verilən tutarlı cavablardan biri də, Nailə xanım Vəlixanlı  tərəfindən Toplunun dünən  çapdan çıxmış  sayında verilmişdir. Nailə xanım A.K.Şaginyanın “Naxçıvan ərəb xilafəti tərkibində” məqaləsinə yazdığı 20 səhifəlik rəydə “erməni aliminin” məqaləsindəki yazıları sətitirbəsətir digər tədqiqat əsərləri və mənbələrlə tutuşdurularaq  onun yazdıqlarının plagiat, dəyərsiz boşboğazlıq olduğunu üzə çıxarır, onun elmdən uzaq qərəzçi mövqeyini  tutarlı, məhz tutarlı elmi dəlillərlə sübut edir.
Toplular çox geniş dövrü və mövzuları əhatə etdiyindən təəssüf ki, bütün məqalələrərin təhlili verilmədi. Ən yaxşısı odur ki,qiymətli topluları özünüz oxuyasınız.
 
Prof.Dr. Nərgiz Əliyeva

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN