Şəhidlərin xatirəsinə həsr olunmuş cüdo üzrə idman turniri

Tarix: 19-1-2015 // saat: 19:43
İsmayıllı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Rayon Gənclər və İdman idarəsi Regional Cüdo Mərkəzi ilə birgə 20 yanvar şəhidlərinin və şəhid Rafiq İsmayılovun xatirəsinə həsr olunmuş cüdo üzrə idman turniri keçirilib. Yarışdan əvvəl şəhidin anası Əsmər İsmayılova Rafiqin  xatirəsini əziz  tutanlara razılığını bildirib, oğlunun həyat yolundan gənclərə nümunə olaraq danışıb. Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, Regional Cüdo mərkəzinin direktor əvəzi, cüdo üzrə baş məşqçi Əkbər Şəfaqətov 20 yanvar və Qarabağ şəhidlərinin xatirələrinin əziz tutulmasından, tanınmış şəhid idmançıların xatirəsinə həsr olunmuş turnirlərdən, idmanın kütləviliyində  həmin turnirlərin böyük əhəmiyyət kəsb etməsini vurğulayıb. Turnirdə 70 nəfər idmançı iştirak edib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN