Bakı-Şamaxı avtomobil yolunda ağır qəza: bir nəfər ölüb

Tarix: 19-1-2015 // saat: 11:26
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Bakı-Şamaxı avtomobil yolunda "MERCEDES" və "NİVA" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb. Yol  nəqliyyat hadisəsi bu gün səhər Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum  olub ki, "NİVA" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil verib.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN