“Qəhrəmanlar ölmür, əbədi olaraq xalqımızın yaddaşında daim yaşayacaq”

Tarix: 18-1-2015 // saat: 15:36
Kürdəmir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar rayon qadınlarının tədbiri  keçirilib.  YAP Kürdəmir rayon təşkilatında keçirilən mərasimdə YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva bildirib ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün  hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar hadisəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, bu qanlı faciə onun müstəqil milli dövlət qurmaq arzusunu daha da gücləndirdi. Ulu Öndər Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, M.Qorbaçovun cinayətkar olduğunu dünyaya bəyan etdi. Sübut elədi ki, xalq sahibsiz deyil, Heydər Əliyev kimi rəhbəri var. Tədbirdə bildirilib ki, bu gün möhtərəm Prezident cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq onun yolunu inamla  davam etdirir.
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN