Mərkəzi Seçki Komissiyası Bələdiyyə seçkisinin nəticələrini bəyan edib

Tarix: 16-1-2015 // saat: 19:25
Mərkəzi Seçki Komissiyası 23 dekabr 2014-cü il tarixində keçirilən Bələdiyyə seçkisinin nəticələrini bəyan edib. Seçkilər keçirilmiş 118 dairə üzrə 1607  bələdiyyədə seçici siyahılarına daxil edilən 4 831 328 nəfərdən 1 880 390 nəfər səsvermədə iştirak edib. Səsvermənin nəticələrinin etibarsız hesab edilən bələdiyyələrin sayı 8, etibarlı  hesab edilən bələdiyyələrin  sayı 1 599 olub. Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq nəticələr ləğv edildikdən sonra səsvermədə iştirak etmiş seçicilərin sayı 1 864 736 təşkil edib. Bələdiyyələr  üzrə 14 963 nəfər üzv seçilib.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN