Kürdəmirdə fərdi yaşayış evi yanıb

Tarix: 14-1-2015 // saat: 20:25
Kürdəmir rayonunun Təklə kəndində fərdi yaşayış evi yanıb. Hadisə  bu gün  saat 12:00  radələrində qeydə alınıb. Baxışov Mərdana məxsus evin dam hissəsində baş verən yanğın qısa müddətdə güclənib. Hadisə zamanı umumi sahəsi 120 kv.m olan  evin  tavan hissəsində 20 kv.m  sahəsi  yanıb. Hadisə yerinə Kürdəmir rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülərək digər  ərazilərə  keçməsinin qarşısı alınıb. Sakinlərin və yanğın söndürənlərin köməyi sayəsində evin qalan hissəsi və əşyaları  alovdan xilas edilib. Hadisənin elektirk  naqilində yaranan qısa qapanmadan baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN