Kürdəmirdə insan ölümü ilə nəticələnən hadisə baş verib

Tarix: 12-1-2015 // saat: 19:54
Kürdəmir rayonunun Muradxan kəndində insan ölümü ilə nəticələnən hadisə baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Abbasova Tahirə Misirxan qızı həyətdəki su quyusundan su götürmək istəyərkən ayağı sürüşüb və quyuya düşüb. Bir müddət sonra ailə üzvləri onu axtardıqda, su quyusunda boğulmuş halda tapıblar. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN