Muganlı-İsmayıllı, Şamaxı-Qobustan və Ağsu dolayları nəqliyyatın hərəkəti üçün açıqdır

Tarix: 9-1-2015 // saat: 15:05
Muğanlı-İsmayıllı avtomobil yolunun keçdiyi ərazidə qarın səviyyəsi 30-35 sm-ə çatıb. Havanın  hərarəti - 8 dərəcəyə düşüb. Yola xidmət edən 10 saylı İsmayıllı Yol İstismar idarəsinin rəisi Məhəmməd Musayevdən aldığımız məlumatına görə, idarənin texnika və canlı qüvvəsi  növbəli şəkildə 24 saat yolun qardan təmizlənməsini davam etdirir.
Ağsu dolaylarında isə, qarın səviyyəsi 20-25 sm-dir, havanın temperaturu isə, - 3 dərəcəyəcən enib. 12 saylı Ağsu Yİİ-nin əməkdaşı Eldar İsrafilovun sözlərinə görə, Bakı-Muğanlı-Ağsu-Yevlax yolunun 144-cü km-liyində 24 saat fəaliyyət göstərən qərargah çalışır. Yolun qardan təmizlənməsi üçün növbəli şəkildə texnika və canlı qüvvə çalışır.
Şamaxın rayonuna qar ən çox Qızmeydan, Nağaraxana, Pirqulu yaşayış  məntəqələrinə yağıb. Bu  ərazidə qarın səviyyəsi 20  sm təşkil edir. Kəndlərə  yol açıqdır.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN