İsmayıllıda magistral yollar qar və buzdan təmizlənir

Tarix: 8-1-2015 // saat: 12:49
Səhər saat  05:00 radələrindən  Muğanlı-İsmayıllı yolunda qar yağır. Saat 12:00 olan məlumata görə ərazidə havanın hərarəti  - 2 dərəcəyə düşüb, qarın səviyyəsi isə, 25 sm.-ə çatıb. Yola xidmət edən İsmayıllı Yol İstismar idarəsinin texnika və canlı qüvvəsi yolun qardan təmizlənməsinə cəlb olunub. Bu işlərə 8 texnika və 40 nəfər işçi cəlb olunub. Yolun hərəkət zolağı qardan təmizlənərək qum və düz səpilir. Yol hərəkət üçüç açıqdır. Mütəxəssislər o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edir.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN