Şamaxıda qəza baş verib

Tarix: 5-1-2015 // saat: 10:00
Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 105-ci km-də, Şamaxının Acıdərə adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, 58 yaşlı Sabirabad rayon sakini Vaqif Ağayevin idarə etdiyi mişar daşı ilə dolu “ HOVA” markalı yük maşını və əks istiqamətdən gələn 25 yaşlı Ağsu sakini Elmin Əliyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşaraq onun üzərinə aşıb. Həmin vaxt Qəbələ sakini 38 yaşlı Ramil Allaverdiyevin idarə etdiyi digər "Mercedes"in də onlarla toqquşması ilə zəncirvari qəza yaranıb. Nəticədə, iki maşının sürücüsü, onlardan Elmin Əliyevin bacısı 27 yaşlı Əntiqə Əliyeva və sərnişinlər Gədəbəy sakinləri olan 13 yaşlı Fərid Əliyev, 27 yaşlı Azər Abbasov, 54 yaşlı Vaqif Baxşəliyev hadisə yerindəcə dünyasını dəyişib. Meyitləri əraziyə gələn Qobustan və Şamaxı FHN-nin xilasetmə qrupu xüsusi alət və avadanlıqlarının köməyi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki,ölən şəxslərin meytləri tanınmmaz hala düşüb. Digər minik maşının sürücüsü, Qəbələ rayon sakini Allahverdiyev Ramil ağır bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakıya yola salınıb. Qeyd edək ki, hadisəyə görə bir saatdan çox vaxtda yolda tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
 
 
 
 
 
 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN