Şamaxı rayonunda yol qəzası baş verib

Tarix: 4-1-2015 // saat: 19:43
Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində, Şamaxı rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə zamanı 6 nəfər – hər iki sürücü və 4 sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerindəcə vəfat edib. Yanvarın 4-ü saat 16:00 radələrində baş verən qəzada mişardaşı ilə dolu “HOVA” markalı yük maşını  “MERCEDES” markalı minik avtomobilinin üzərinə aşıb. FHN-nin əməkdaşları cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil verib. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN