Kürdəmir rayonunda yol qəzası baş verib

Tarix: 3-1-2015 // saat: 16:27
Kürdəmir rayonunda ölümlə nəticələn yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının 201 km-də, Kürdəmir rayonu ərazisində qeydə alınıb. Belə ki, Ucardan Bakı istiqamətində hərəkətdə olan 26 yaşlı Ucar rayon sakini Nicat Heydərovun idarə etdiyi “Mersedecəks istiqamətdən gələn Bakı sakini  Hidayət Quliyevin idarə etdiyi digər “Mersedec”lə toqquşub. Nəticədə sərnişinlərdən biri 70 yaşlı Bakı sakini Arif Xəlilov hadisə yerində ölüb. Avtomobillərdə olan digər 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan Bakı sakini 43 yaşlı Şəlalə Quliyeva və 49 yaşlı Xuraman Nuriyevanın vəziyyəti orta ağırdır. Bənövşə Heydərova ilə Rauf Heydərovun vəziyyəti isə ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 
 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN