Göyçayda meyvə-tərəvəz və bostan məhsullarının istehsalı artıb

Tarix: 3-1-2015 // saat: 10:49
Göyçay rayonunda meyvə-tərəvəz və bostan məhsullarının əkin sahəsi və məhsuldarlıq xeyli artıb.
Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildiriblər ki, 2014-cü ildə fermerlər və fərdi təsərrüfat sahibləri 5.699 hektar meyvə bağından 72 min 887 ton məhsul toplayıblar. Ötən il rayonda 337 hektar sahədə yeni meyvə bağı salınıb.
Həmçinin ötən il 28 min 463 ton tərəvəz, 1.466 ton bostan məhsulları, 815 ton qarğıdalı, 1.689 ton kartof istehsal edilib. Əkin sahələrinin genişləndirilməsi və düzgün aqrotexniki qulluğun aparılması hesabına meyvə-tərəvəz və bostan məhsullarının istehsalı 2013-cü illə müqayisədə xeyli artıb.

http://azertag.az/xeber/822363

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN