Yaddaşlardan silinməyən dahi aktyor

Tarix: 2-1-2015 // saat: 17:06
Bugün Azərbaycan kinosunun və teatrının görkəmli aktyoru Səməndər Rzayevin doğum günüdür. Yaşasaydı 70 illik yubileyi qeyd olunacaqdı. O, 1945-ci il yanvar ayının 2-də  Ağsuda dünyaya göz açıb. İncəsənət institutunda təhsil alıb. “Babamızın babasının babası”, “Bəyin oğurlanması” və onlarla digər kino və tamaşalarda peşəkar aktyor kimi yadda qalan Səməndər Rzayev 60-dan çox rol oynayıb. Yadda qalan rollarının coxu Akademik Milli Dram teatrında işlədiyi dövrə düşür. Sonuncu dəfə “Həyatın dibində” tamaşasında rol alan aktyor 1986-cı il martin 27-də 41 yaşında vəfat edib.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN