İsmayıllıda ağır yol qəzası: 4 nəfər xəsarət alıb

Tarix: 1-1-2015 // saat: 20:43
İsmayıllı rayonunun Talıstan kəndi ərazisində iki avtomobilin toqquşması nəticəsində  3-u qadın olmaqla 4 nəfər xəsarət alıb. Hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Ağdaş  sakini 1971-cü il təvəllüdlü Babayev Arifin idarə etdiyi Opel 10-KO-855 dövlət nömrə nişanlı “VAZ 2110” markalı minik maşını qarşı tərəfədən gələn İsmayıllı rayonunun Zərnava kənd sakini 1987-ci il təvəllüdlü Fariz Ağayevə  məxsus 20-CL-379 dövlət nömrə nişanlı ”Opel  markalı maşınla toqquşub. Hadisə nəticəsində “VAZ 2110” markalı minik maşının sürücüsü  və digər avtomobildə olan 3 sərnişin xəsarət alıb. Xəsarət alanlar  İsmayıllı rayon Mərkəzi  Xəstəxanasına yerləşdirilib,vəziyyətləri kafidir.  Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN