Göyçayda keçirilən bayram şənliyi insanlara xoş ovqat bəxş edib

Tarix: 31-12-2014 // saat: 20:19
Göyçay rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı təntənə ilə qeyd edilib.
AzərTAc xəbər verir ki, bayram ərəfəsində Göyçay şəhərində təmizlik-abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb, küçələr, səkilər təmir edilib, binaların fasadı rənglənib, Heydər Əliyev parkı və prospekti, eləcə də digər mərkəzi küçələr bayramsayağı bəzədilib.
Rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Müxtəlif idarə və təşkilatlarda bayram tədbirləri keçirilib.
Bayramla əlaqədar Heydər Əliyev parkında konsert təşkil olunub, yerli musiqiçi və müğənnilərin səsləndirdiyi şən mahnılar göyçaylılara əsl bayram ovqatı bəxş edib. Parkda bayram gəzintisinə çıxan rayon sakinləri və qonaqlar Şaxta Baba və Qar qızla şəkil çəkdirib, uşaqlara bayram hədiyyələri verilib.
http://azertag.az/xeber/822268

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN