Göyçayda kimsəsiz və əlil uşaqlara, imkansız ailələrin övladlarına qış geyimləri hədiyyə olunub

Tarix: 1-1-2015 // saat: 13:13
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Göyçay şəhərindəki 1nömrəli orta məktəbdə xüsusi qayğıya ehtiyacı olan kimsəsiz və əlil uşaqlar, imkansız ailələrin övladları üçün bayram tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, xeyriyyə tədbirində çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların sağlam böyüməsi və yaxşı təhsil alması üçün yaradılan şəraitdən danışıblar.
Bildirilib ki, hər il rayonda müxtəlif bayram günlərində xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqlarla görüş keçirilir, onların sevincinə səbəb olan tədbirlər reallaşdırılır. Uşaqları bayram münasibətilə təbrik edən qonaqlar onlara isti qış geyimləri təqdim ediblər. Ümumilkdə 300 uşağa bayram hədiyyəsi verilib.
Daha sonra uşaqlar üçün Yeni il şənliyi təşkil olunub, bayram süfrəsi açılıb. Rayon musiqi kollektivlərinin iştirakı ilə keçirilən konsertdə qonaqlar uşaqlarla birgə rəqs ediblər. Şaxta baba, Qar qız və məzhəkəçilər uşaqlara şən əhval-ruhiyə bəxş ediblər.

http://azertag.az/xeber/822282 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN