Göyçayda yaşıllaşdırma marafonu

Tarix: 30-12-2014 // saat: 12:12
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika yaşıllaşdırma marafonunda Göyçay sakinləri də fəal iştirak edirlər. AzərTAc xəbər verir ki, rayonda keçirilən növbəti ağacəkmə aksiyası zamanı park və bağlara, küçələrin kənarına, sosial obyektlərin ətrafına, kənd yaşayış məntəqələrinə, Göyçay-Ucar, Göyçay-Qaraməryəm, Göyçay-Ağdaş avtomobil yollarının kənarına 2500 ədəd qovaq, çinar, palıd və ağcaqayın ağacları əkilib. Aksiyada rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, sakinlər fəallıq nümayiş etdiriblər. Rayon yaşıllaşdırma idarəsinin tingçilik təsərrüfatında yetişdirilən tinglər sahələrə əkildikdən sonra suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. İlin əvvəlindən bu günədək Göyçay şəhərinin küçə və parklarına, sosial obyektlərin ətrafına, yolların kənarına ümumilikdə 15 min ədəd müxtəlif növ ağac və gül kolu əkilib. İməciliklər zamanı rayon ərazisindən keçən Bakı-Şamaxı-Yevlax magistral avtomobil yollunun kənarlarında da təmizlik-abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.
http://azertag.az/xeber/822072

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN