Şamaxıda ümumrayon tədbiri keçirilib

Tarix: 30-12-2014 // saat: 12:54
Bayram mərasimində rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin rayon əhalisinə təbriki çatdırılmış, ümummilli lider Heydər Əliyevin azərbaycanlıların həmrəyliyinin formalaşmasındakı əvəzsiz xidmətlərindən, onun təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin öz milli dövləti ətrafında sıx birləşməsindən geniş söhbət açılıb.Diqqətə çatdırılmışdır ki, azərbaycançılıq və vətənpərvərlik prinsipləri bu gün dövlətimizin başçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayonun musiqi kollektivləri, Şaxta baba, Qar qız və nağıl qəhrəmanları tədbir iştirakçılarına xoş ovqat bəxş edilər. Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN